“Fənər” Superliqaya darmadağınla yekun vurdu

“Fənər” Superliqaya darmadağınla yekun vurdu

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

AzerTimes xəbər verir ki, son oyun günündə İstanbul nəhəngləri meydana çıxıblar.

“Qalatasaray” doğma meydanda “Samsunspor”a 3:2, “Fənərbağça” “Sivasspor”a 4:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Başakşəhər”in müqavimətini qıra bilməyib – 0:0.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 31 xalla “Qalatasaray” başçılıq edir. Liderdən 5 xal az toplayan “Fənərbağça” 2-cidir. “Beşiktaş” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Teqlər: