Təl-Əvivdə 23 yaşlı fələstinli Hasin Xəlilə avtomobili yoldan keçənlərin üstünə sürüb, sonra onlara bıçaq zərbəsi endirməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, nəticədə 7 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır:
“Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçunu məhv edib. Xəlilənin İsraildə işləmək icazəsi var idi. Bəzi məlumatlara görə, gənc ölümcül xəstə idi”.