Fələstinli miqrantları qəbul edən ilk ölkə olmalıyıq.
AzerTimes xəbər verir ki, bu sözləri Şotlandiya Baş naziri Həmzə Yusif sosial şəbəkə səhifəsində yazıb.
“Keçmişdə Şotlandiya və Birləmiş Krallıq dünyanın dörd bir yanından gələn insanlara qəlblərini və evlərini açdı. Suriya, Ukrayna və digər ölkələrdən gələnlərə qucaq açdıq. Bunu təkrar etməliyik. Hazırda Qəzzada 1 milyon insan evlərindən qovulub. Bu səbəbdən bu gün beynəlxalq ictimaiyyəti Qəzza xalqı üçün dünya miqyasında bir miqrant proqramı qəbul etməyə çağırıram”, – deyə H.Yusif bildirib.