İsrail Fələstin Muxtariyyətinə münaqişənin başlanmasından bəri dondurulmuş vəsaitlərə çıxışını təmin etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Onlar lazımi xidmətləri göstərən işçilərinə pul ödəyə bilmək üçün onları almalıdırlar”, – deyə Blinken bildirib.
Amerikalı diplomat qeyd edib ki, Fələstin hakimiyyəti İordan çayının qərb sahilində sülh və təhlükəsizliyin qorunmasına səy göstərməkdə çox mühüm rol oynayır və bu, İsrailin maraqlarına uyğundur.