Avstriyanın paytaxtı Vyananın Ştefansplats meydanında Fələstinə dəstək nümayişi keçirilib.
AzerTimes xəbər verir ki, Vyana polisinin qadağasına baxmayaraq, nümayişdə 500-ə yaxın insan iştirak edib. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.
Polis onlara yaxınlıqda metrostansiyasına yürüş etməyə icazə verməyib və meydanı tərk etmələri barədə bir neçə dildə xəbərdarlıq edib.
Xəbərdarlıqlardan sonra Avstriya Daxili İşlər Nazirliyinin “Veqa” xüsusi təyinatlıları nümayişçiləri mühasirəyə alıb.
Bildirilib ki, polis nümayişi təşkil edən iki nəfəri saxlayıb, daha sonra azadlığa buraxıb.
Bundan əlavə, meydanı tərk etmək istəməyən bir neçə şəxsin də saxlanıldığı deyilir.