Fransanın “Nitsa” futbol klubunda çıxış edən Yusif Atal Fələstinə dəstək paylaşdığı üçün “dini zəmində nifrət salmaq” ittihamı ilə 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilib.
AzerTimes xəbər verir ki, 27 yaşlı əlcəzairli futbolçu paylaşımından sonra klubu tərəfindən heyətdən müddətsiz olaraq uzaqlaşdırılıb.
Futbolçunun 10 gün ərzində hökmdən apellyasiya şikayəti verəcəyi bildirilir.