İsrail Fələstin Administrasiyasına bir şekel (İsrailin pul vahidi – red.) belə köçürmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu İsrailin maliyyə naziri Betsalel Smotriç ABŞ Dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciətində deyib.
“ABŞ Dövlət katibi Entoni Blinken İsrailə xoş gəlib. Biz ABŞ-ın İsrailə dəstəyini çox yüksək qiymətləndiririk, lakin ölkəmizdə mövcudluğumuza gəldikdə, biz həmişə İsrailin maraqlarına uyğun hərəkət edəcəyik. Biz HƏMAS-ı məhv etmək üçün var gücümüzlə mübarizəyə davam edəcəyik. Qəzzanın qapılarını qaçqınların könüllü köçmələri üçün açmağa çalışacağıq”, – Smiotriç bildirib.
Qeyd edək ki, Blinken İsrailin Fələstin Muxtariyyətinə münaqişənin başlanmasından bəri dondurulmuş vəsaitlərə çıxışını təmin etməli olduğunu bildirmişdi.