1967-ci il sərhədləri daxilində Fələstinin müstəqilliyi tanınmadan Yaxın Şərqdə sülh əldə edilə bilməz.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
“1967-ci il sərhədləri daxilində Fələstin torpaqlarında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövləti tanınmayana qədər bölgəyə sülh və əmin-amanlıq gəlməyəcək”, – Ərdoğan vurğulayıb.
O, həmçinin ölkəsinin Fələstin xalqına humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib.