Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Fələstin Prezidenti Mahmud Abbas “RİA Novosti”yə müsahibəsində deyib.
“Fələstin siyasi baxışı formalaşdırıb, altı ərəb dövləti qrupu tərəfindən bəyənilən və baxılmaq üçün ABŞ, AB, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilmiş yol xəritəsi hazırlayıb. Bu, İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılmasını əhatə edən hərtərəfli siyasi həllə əsaslanır”, – o bildirib.
Prezident qeyd edib ki, təqdim olunan həll müəyyən vaxt cədvəlinə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına başlamağı və regional təhlükəsizlik mexanizmini inkişaf etdirməyi nəzərdə tutur.