Fələstin prezidenti Mahmud Abbas İsraillə əlaqələri kəsdiyini açıqlayıb.
Əl-Aqsa məscidi qarşısında İsrail polisi ilə fələstinlilər arasında yaranan qarşıdurmadan sonra bu qərar qəbul edilib. Hadisə nəticəsində 3 fələstinli öldürülüb, çox sayda insan isə yaralanıb.
Qeyd edək ki, təxminən bir həftə əvvəl məsciddə terakt törədilmişdi. Hadisədən sonra İsrail höküməti məscidə girişi qadağan etdi, sonra isə təhlükəsizlik məqsədilə metal detektorlar qoyuldu. Qadağalardan digəri isə yaşı 50-dən aşağı olan kişilərin tarixi və müqəddəs yerlərə girişinin tamamilə məhdudlaşdırılması idi.
Məsciddə namaz qılmaq istəyən və yaş qadağasına qarşı çıxan müsəlmanlar bir neçə gün davam edən etiraz aksiyasından sonra məscidə daxil olaraq cümə namazı qılıblar. Çıxışda isə İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma yaşanıb.