Ədalətli sülhdə uduzanların olmayacağına ürəkdən inanan ölkə olaraq, bölgənin bütün nüfuzlu şəxslərinin iştirak edəcəyi beynəlxalq Fələstin-İsrail sülh konfransı təşkil etməyi təklif edirik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu konfrans son 30 ildə Madriddən Osloya, Şarm əş-Şeyxdən Annapolisə qədər baş tutan bir çox oxşar toplantılardan alınan dərslər işığında keçirilməlidir”, – Ərdoğan bildirib.