ABŞ Dövlət katibi Entoni Blinken bəzi ərəb dövlətlərini İsrailə hücumu pisləməyə inandırmağa çalışsa da, buna nail olmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı məmura istinadən məlumat yayıb.
Adı açıqlanmayan məmurun sözlərinə görə, Blinken İsraillə sülh sazişi bağlamış ərəb ölkələrinin bir neçə xarici işlər naziri ilə danışıb və onlardan HƏMAS-ın hücumunu pisləməyi xahiş edib. Lakin onlar bunu qəbul etməyiblər.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.
İsrail ordusu cavab tədbirləri görür.