Məhəmməd Mustafanın rəhbərliyi ilə yeni Fələstin hökuməti and içərək, rəsmən fəaliyyətə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.
Məlumata görə, mərasim Fələstin Milli Administrasiyasının inzibati mərkəzi olan Ramallahda prezident Mahmud Abbasın iştirakı ilə baş tutub.
Mustafa Qəzza sakinlərinə humanitar yardım göstərmək, köçkünlərin öz evlərinə qayıtmaq istəyini təmin etmək və anklavın tam yenidən qurulmasını yeni kabinetin mühüm vəzifələri adlandırıb.