Fələstin bayrağı qaldırıldı, iclas dayandı

Fələstin bayrağı qaldırıldı, iclas dayandı

Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive çərşənbə axşamı parlamentin aşağı palatasının gündəlik iclasını dayandırıb.

AzerTimes xəbər verir ki, buna səbəb sol təmayüllü radikal “Les Insoumis” (LFI) partiyasından olan deputat Sebastyan Deloqun iclasda Qəzzadakı vəziyyətə diqqət çəkmək üçün Fələstin bayrağı qaldırması olub.

“Bu, qəbuledilməzdir”, – deyə Yael Braun-Pive deyib.

LFI partiyası ilə hadisənin görüntülərini X səhifəsində paylaşaraq “Biz sülhün səsini hər yerdə və həmişə daşımağa davam edəcəyik”, başlığını qeyd edib.

Teqlər: