Fəlakət bölgəsində mümkün yoluxucu xəstəliklərlə bağlı risklər artıq erkən xəbərdarlıq sisteminin qurulması ilə nəzarət altındadır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.
“Bizim prioritetimiz əhalinin sağlamlığını təhdid edən şəraitlə mübarizə aparmaq və yoluxucu xəstəliklərin qarşısını almaqdır. Hazırda əhalinin sağlamlığı üçün ciddi təhlükə yoxdur”, – nazir bildirib.