İsveçrədə qəbul edilmiş fəaliyyət planı ikinci sammitə qədər Rusiyaya çatdırılacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İndi burada Rusiya yoxdur. Biz birlikdə qərar verməliyik ki, ədalətli sülh dünya üçün nə deməkdir və buna həqiqətən davamlı şəkildə necə nail olmaq olar. BMT Nizamnaməsi bizim üçün əsasdır. Hamı tərəfindən razılaşdırılan və xalqlar üçün şəffaf olan fəaliyyət planı masada olanda Rusiya nümayəndələrinə çatdırılacaq”, – Zelenski bildirib.