Dünya şöhrətli pianoçu Fazil Say Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dünyanın ən yaxşı lideri adlandırıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, musiqiçi Ərdoğanın sülhsevər olduğunu vurğulayıb.
“Ərdoğan indiyə qədər dünyada sülh üçün ən yaxşı və ən doğru açıqlamalar verən liderdir. Düşünürəm ki, bu, Rusiya-Ukrayna müharibəsində də belə idi”, – Fazıl Say bildirib.
Qeyd edək ki, onun bu sözləri gündəm olub. Çünki Fazil Say prezidentin daha çox tənqidçisi kimi tanınır.