Fazıl Say azərbaycanlı skripka ifaçısı ilə turneyə hazırlaşır

Fazıl Say azərbaycanlı skripka ifaçısı ilə turneyə hazırlaşır

Dünya şöhrətli türkiyəli bəstəkar və pianoçu Fazıl Say azərbaycanlı skripka ifaçısı Camal Əliyevlə birgə Amerika və Kanadanın müxtəlif şəhərlərində konsert turnesinə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə bəstəkar İnstaqram hesabında məlumat yayıb.

Konsertlər Çikaqo, Ohayo, Los-Anceles, Vankuver, Nyu-York, Vaşinqton, Boston və Torontoda baş tutacaq.

Qeyd edək ki, ilk konsert oktyabrın 26-ı Çikaqoda olacaq.

Teqlər: