Fazil Mustafa necə güllələnib? – Təfərrüat

Fazil Mustafa necə güllələnib? – Təfərrüat

Xəbər verdiyimiz kimi, millət vəkili Fazil Mustafa evinin önündə güllələnib.

AzerTimes xəbər verir ki, Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a açıqlamasında deputata Zabrat qəsəbəsində yerləşən evinin qarşısında maşınını saxlayıb düşərkən avtomat silahdan çoxsaylı atəş açılıb.

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən yalnız ikisi ona dəyib – biri çiyin nahiyəsindən, digəri ayağından.

Millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Teqlər: