Millə təvkili Fazil Mustafa səhiyyə nazirinin müavini Rasim İsmayılovun parlamentin Səhiyyə komitəsinin iclasında bu gün səsləndirdiyi fikirlərə reaksiya verib.
AzerTimes xəbər verir ki, o, dərman qiymətlərinin baha olması ilə bağlı bir neçə dəfə Milli Məclisdə müzakirə açdığını xatırladıb.
“İndi bu mövzuda səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm. Doğrudanmı belə cavab verib? Doğrusu inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib: “Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”
Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur”, – millət vəkili qeyd edib.