“Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim”,
Bu sözləri “Faytonçu” Nazim Pişyarı bildirib.
Sənətçi 3 ay ərzində bir neçə dəfə əməliyyat olunduğunu söyləyib:
“İsrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram”.