Hər gün bir surə: FATİHƏ SURƏSİ

Hər gün bir surə:  FATİHƏ SURƏSİ

Bu gündən etibarən Xəbər portalımızda hər gün bir surə dərc edəcəyik. Çünki, hər gün bir qədər Qurana yaxınlaşmamız gərəkdir.

1. Fatihə surəsi

(1) Mərhəmətli, Rəhmli Allahın adı ilə!
(2) Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
(3) (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
(4) Haqq-hesab (qiyamət) gününün sahibinə ! (Daha dəqiq – Hökm elminin sahibinə)
(5) Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik !
(6) Bizi doğru (düz) yola yönəlt !
(7) Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox !