Fatih Terim “Qalatasaray”dan ayrıldı

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim istefaya göndərilib.

AzerTimes-in məlumatına görə, bunu İstanbul klubunun prezidenti Burak Elmas elan edib.

Qeyd olunur ki, qərar “Qalatasaray”ın idarə heyətinin bugünkü iclasında qəbul edilib.


Xatırladaq ki, F.Terim 2017-ci ildə klubun baş məşqçisi təyin olunmuşdu. O, bundan əvvəl 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də kluba rəhbərlik etmişdi.

Teqlər: