“Qalatasaray” klubunun keçmiş baş məşqçisi Fateh Terim futbol klubu alır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuat məlumat yayıb.
Məlumata görə, Terim Spor Toto 1-ci Liqada çıxış edən “Bodrumspor” klubunu almaq niyyətindədir.
TGRT kanalında yayımlanan “Stüdyoda Futbol” verilişinin şərhçisi Tahir Kum mətbuatda yer alan iddiaları təsdiq edib:
“Fateh Terim “Bodrumspor”u almaq üçün fəaliyyətə başlayıb”.