“Fateh-2” və “Fateh-3” sualtı qayıqları yaxın zamanda İran ordusunun inventarına daxil ediləcək.
AzerTimes xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şaram İrani deyib.
O bildirib ki, sözügedən sualtı qayıqların qoşulması donanmanın sualtı nüfuzunu gücləndirəcək.
Admiral əlavə edib ki, sualtı qayıqlar yerli istehsal olan iki məqsədli torpedalarla təchiz edilib və bütün sınaqları uğurlu olub.