Fasad reklamlarının standartları necə olacaq? – İlkin nümunələr var (FOTO)

Fasad reklamları standartlarının hazırlanması üçün ADRA-nın
təşəbbüsü ilə yaradılan Bakı şəhər İcra Hakimiyyəti, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin
əməkdaşları, memar və dizaynerlər, o cümlədən reklamçılardan ibarət
birgə komissiyanın növbəti iclası keçirilib.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadovun
sədrliyi ilə keçirilən iclasda Azərbaycan Memarlar və Dizaynerlər
İttifaqının üzvü, sənətşünaslıq üzrə doktor, professor Elçin Əliyev
Bakıdakı binaların təsnifatının müəyyənləşdirilərək
elektronlaşdırıldığını, tarixi binalara vurulacaq fasad
reklamlarının beynəlxalq təcrübədən bəhrələnərək hazırlanan
eskizlərinin hüquqi əsaslarının hazırlandığını bildirib.

Komissiya üzvləri Bakı şəhəri ərazisində tarixi, mədəni, memari
dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və
təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin
vacibliyini nəzərə alaraq layihə təsdiqlənərsə, ilkin olaraq onun
paytaxtda tətbiqini qərara alıblar. Qeyd edək ki, bu layihə fasad
reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü
və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların
yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə
həyata keçirilir.

Teqlər: