Fars dilinin durumundan narahatam – Xamenei

Fars dilinin durumundan narahatam – Xamenei

İranın dini rəhbəri Əli Xameneinin fars dilinin hazırkı durumu və ondan istifadə səviyyəsi ilə bağlı vəziyyətdən narahat olduğunu ifadə edən çıxışı yayılıb.

AzerTimes xəbər verir ki, video sosial media kanallarında paylaşılıb.

“Həqiqət budur ki, fars dilinin vəziyyətindən çox narahatam, buna görə isə radio və televizya şirkətindən gileyliyəm. Təmiz, cilalanmış fars sözlərindən istifadə etmək əvəzinə, yanlış terminlərdən, xüsusən köksüz, dəyərsiz firəng və başqa xarici sözlərdən istifadə olunur”, – Xamenei bildirib.

Qeyd edək ki, fars dilinin inkişafı və yeni fars sözlərinin yaradılması ilə məşğul olan Fars Dili və Ədəbiyyatı Akademiyası ölkədə ən çox büdcə ayrılan qurumlardan biridir.

Əli Xamenei isə ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı tələbləri “düşmənlərin fitnəsi” adlandırır və insanları dillərinə görə deyil, islama bağlılıqlarına görə səciyyələndirməyi məsləhət görür.

Xatırladaq ki, Əli Xamenei azərbaycanlıdır.

Teqlər: