Güllələnən eks-deputat İrina Farionun qətlində şübhəli bilinən şəxs Dneprdə saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, bütün təfərrüatlar ictimaiyyətə çatdırılacaq:
“Ukraynanın daxili işlər naziri İqor Klimenko mənə İrina Farionun qətlində şübhəli bilinən şəxsin Dneprdə saxlanması barədə məlumat verdi. Əməliyyat çox çətin keçib. Xeyli qurumun yüzlərlə mütəxəssisi qətlin açılması üçün çalışıb. Hazırda zəruri istintaq hərəkətləri və ekspertizalar davam etdirilir. Mən daxili işlər nazirinə tapşırmışam ki, bütün təfərrüatları ictimaiyyətə çatdırsın”
Daxili işlər naziri İqor Klimenko bildirib ki, o, 18 yaşlı Dnepr sakinidir.