FAO ilə “Agrarco” arasında saziş imzalanıb (FOTO)

Bakıda BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) ilə “Agrarco” şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası
barədə sazişin imzalanması mərasimi keçirilib.

Trend-in
məlumatına görə, sənəd “Azərbaycanda fındıqçılıq sahəsində
səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi
çərçivəsində imzalanıb.

Sənədə əsasən, tərəflər fındıq istehsalı və emalı, bu sahədə
öncül təcrübənin tətbiqi, fermerlərin potensialının artırılması
üzrə tədbirlərin təşkili üzərində işləyəcək. Bundan başqa, tərəflər
bərpa olunan enerji mənbələrinin istifadəsi, logistika potensialını
tədqiq edəcək, eləcə də digər fermerlərə öncül texnologiyaların
mənimsənilməsində kömək göstərəcək.

Qeyd edək ki, sənədi FAO-nun Tərəfdaşlıq və koordinasiya
ofisinin rəhbəri Melek Çakmak və “Agrarco”nun direktoru Cavid
Kazımov imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)