Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətininiyulun 31-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda (Quba-red) şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.
AzerTimes xəbər verir ki, bu barədə ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib. Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.