Faktiki hava: Şəkiyə dolu düşdü

Faktiki hava: Şəkiyə dolu düşdü

10:34

İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, bəzi rayonlarda 38 dərəcə isti olub.

Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

***

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Teqlər: