Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 24-ü saat 10:00 olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Zaqatalada 18 mm, Sarıbaşda (Qax) 16 mm, Balakəndə 15 mm, Xınalıq, Xaçmaz, İsmayıllı, Yevlax, Mingəçevir, Sabirabad, Şəki, Xaltan, Qusarda 2 mm-dək olub.
Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Culfada 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-də 40, aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti qeydə alınıb.