Ağdam. Trend:
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının məqsədi Ağdamda ermənilərin sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törətdiyi vandalizm aktlarının monitorinqini aparmaqdır.
Monitorinqlərdən sonra əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.