Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İlkin məlumata görə, avtobusun əyləcləri sıradan çıxıb, nəticədə o, döngədə yamaca dəyərək aşıb.
Faciə ilə əlaqədar “Korintians” klubunun rəhbərliyi Braziliya Prezidenti Luis İnasio Lula da Silva başsağlığı verib.