Dünyada hər ay azı bir dəfə “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2,9 milyardı ötüb.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin ilin ikinci rübə dair hesabatında xəbər verilib.
Bildirilir ki, göstərici ötən illə müqayisədə 7 faiz daha çoxdur.
2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə “Facebook” sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan isə şirkətin “Instagram”, “Messenger” və “WhatsApp” kimi xidmətlərindən birini ən azı ayda bir dəfə istifadə edib.
“Facebook” şirkətinin gəliri bu il 29,08 milyard, xalis mənfəəti 10,39 milyard, ötən il gəlir 18,69, xalis mənfəəti isə 5,18 milyard ABŞ dolları təşkil edib.