Facebook şirkəti Ozlo adlı startapı aldı

Facebook şirkəti Ozlo adlı startapı aldı

“Facebook” şirkəti, ABŞ-da süni zəka sahəsi üzrə fəaliyyət göstərən Ozlo adlı startapı aldı.

Şirkətin, həmin startapı almasının səbəbi, öz Messenger tətbiqinin imkanlarının genişləndirilməsidir. Müqavilənin maliyyə tərəfi haqqında heç bir təfərrüat olmasa da, məlumdur ki, startapda çalışan 39 nəfər şəxs, şirkətin Messenger şöbəsinə keçməldiir.

“Facebook”, Ozlo-nun texnologiyalarını və özünün M adlı virtual assistantını, Messenger-ə inteqrasiya edərək süni zəka əsasında sisteminin inkişaf etdirilməsi niyyətindədir.

Sözügedən startapı cəlbedici edən özəllik, keçən ilin Oktyabr ayında onun tərəfindən xüsusi tətbiqi istifadəyə verilməsidir. Həmin tətbiq isə özünü “real dünya haqqında biliklər” kimi qələmə verir. Belə ki, tətbiqdə olan çatbot, istifadəçiyə lazım olan hər bir suala cavab verir.

2 milyon məlumat bazası sayəsində o, restoranlardan tutmuş kino seanslarına kimi olan məlumatları təqdim edir. Çatbotun iş prinsipi, “Google”un virtual assistantı və Siri-yə bənzəyir. Ozlo, 2013-cü ildə Charles Jolley tərəfindən təsis edilmişdir. O isə öz növbəsində əvvəllər “Facebook”da çalışıb. Startapın ofisi Kaliforniyada, “Facebook”un baş ofisinə yaxın yerdə yerləşir. Sözügedən startapın əsas investorları AME Cloud Ventures və Greylock Partners fondlarıdır.

2016-cı ilin müay ayında həmin fondlar bu startapa 14 milyon dollar investisiya yatırmışdılar.