Facebook Rusiya şirkətindən domen adını verməyi tələb edib.
Amerikaya məxsus “Facebook” şirkəti “Zolotaya korona” ödəniş sisteminə məktub yazaraq şirkətə məxsus “facebook.ru” domenini ödənişsiz şəkildə verməyi tələb edib. Qeyd edək ki, “Zolotaya karona” bu domeni 2005-ci ildə 2 il rəsmi şəkildə ən böyük sosial şəbəkənin Rusiyaya girişini təmin etmək üçün alıb.
“Zolotaya korona” rəsmilərinin fikrincə, bu tələb qəbuledilməzdir. “Facebook” isə yazdığı məktubda bildirir ki, rəsmi şəkildə onlara aid olan işarənin fərqli şəkildə yazılması müvafiq domen adını tələb etməyə əsas verir. Məktubda o da bildirilib ki, iddianın dəyərləndirilməsi 6 sentyabr, domenin verilməsi isə 30 sentyabra qədər başa çatdırılsın.
Rusiya Federasiyasının Qanunlarına əsasən, başqasına məxsus ticarət markasının istifadə edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunur. Cəriməsi isə 5 milyon rubl və ya markanın lisenziyasının 2 dəfə dəyəri ödənməlidir. Məhz bu maddəni nəzərə alaraq “Facebook” müvafiq tələbi irəli sürüb.
“Zolotaya karona” isə domendən istifadəni davam etdirir və bu vaxta qədər heç nə demədiyi halda “Facebook” tərəfindən belə bir tələb onları təəccübləndirib. Hazırda vəkillər ilə birlikdə iddiaya cavab hazırlandığı bildirilib.