“Facebook.com” domeni saytlardan birində satışa çıxarılıb

“Facebook”un domeni (facebook.com) “Whois” saytında satışa çıxarılıb.

AzerTimes-ın məlumatına görə, domenin satışa çıxarılmasına internet istifadəçiləri, o cümlədən “Twitter” sosial şəbəkəsinin banisi Cek Dorsi fikir veriblər.

Sözügedən saytda yerləşdirilən satış elanında satıcı kimi çıxış edən şəxs barədə məlumat verilmir.

“Facebook” şirkəti bu məsələni şərh etməyib.