“Facebook”, qadağalardan yan keçərək özünün fotolar mübadiləsi üzrə Colorful Ballons adlı tətbiqini Çində istifadəyə verdi.
Sözügedən servis bu ilin May ayında Çin şirkəti tərəfindən istifadəyə verilib. Beləliklə onun “Facebook” ilə olan əlaqəsini sezmək mümkün olmayıb. Lakin buna baxmayaraq servisin funksionallığı və xarici görünüşü, Facebook Moments-ə çox bənzəyir.
“Facebook” təmsilçiləri isə qeyd ediblər ki, onlar uzun zamandır ki, Çin bazarı ilə maraqlanır və onu hər tərəfdən müşahidə edirlər. “Biz hal hazırda öz reklam platformamızı təqdim edərək Çin şirkətləri və proqram tərtibatçılarına, Çindən kənar bazarlara çıxmağa yardımçı olmağa diqqətimizi yönəltmişik” – deyə şirkət bildirib.
Qeyd etmək lazımdır ki, Çində Facebook 2009-cu ildən, Instagram isə 2014-cü ildən bəri deaktiv olunub. Bu ilin İyul ayının ortalarından isə hökümət yavaş-yavaş WhatsApp messencerini də deaktiv etməyə başlayıb. Bununla paralel olaraq şirkət öz servislərinin sözügedən ölkədə istifadəsi imkanları mövzusunda Çin höküməti ilə danışıqlar aparır.
Sosial şəbəkənin bu ölkəyə olan marağı, yüksək sayda internet istifadəçisi ilə (700 milyondan çox) bağlıdır. Şirkətin CEO-su Mark Zuckerberg, Çin höküməti ilə əlaqələrin yaxşılaşdırılması üçün dəfələrlə müxtəlif cəhdlər etmişdi.