“Facebook” rəhbərliyi Avstraliyada yeni mediaməcəllə ilə əlaqədar ölkədə xəbərlərin yayılması imkanlarını məhdudlaşdırmaq qərarına gəlib.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, Avstraliyadakı istifadəçilər artıq bu platformada xəbər məlumatlarına istinad yerləşdirə, beynəlxalq və yerli xəbərlərə baxa və digər insanlarla xəbər məzmunlu mətnləri paylaşa bilməyəcəklər. Həmçinin, dünyanın heç bir yerində istifadəçilərin Avstraliya xəbərlərini “Facebook”da paylaşmağı mümkün olmayacaq.
Qeyd olunur ki, “Facebook” istifadəçiləri tərəfindən baxılan xəbər məzmunlu kontentlər platformanın 4 faizdən az hissəsini tutur.
Xatırladaq ki, 2020-ci ilin yayında Avstraliya hökuməti milli media bazarındakı bütün iştirakşılarını məcburi olaraq yeni davranış məcəlləsini qəbul edilməsinin vacib olduğunu bildirib. Hökumətin fikirncə, “Google” və “Facebook” rəqəmsal platformaları “Avstraliya xəbər və media şirkətləri üçün qaçılmaz ticarət tərəfdaşları” halına gələrək media bazarında üstünlük əldə ediblər və disbalansa səbəb olublar. Bu disbalansı aradan qaldırmaq məqsədi ilə rəqəmsal platformalar və media arasındakı ticarət əlaqələrini tənzimləyən sözügedən məcəllə hazırlanıb. Ölkə parlamenti yaxın zamanda bununla bağlı qərar verəcəyini bildirib.