Sesk Fabreqas “Monako” klubundan ayrılıb.
AzerTimes xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı ispaniyalı 2019-cu ilin yanvarından “Monako”da çıxış edir. Ötən mövsüm o, Fransada Liqa 1-in iki oyununda iştirak edib və effektiv nəticələri ilə seçilməyib. Ümumilikdə, o, moneqasklıların heyətində 68 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fabreqas bu yay karyerasını başa vuracağını açıqlamışdı.