F-22-lərdə yeni problem ortaya çıxdı

F-22-lərdə yeni problem ortaya çıxdı

ABŞ-ın “F-22 Raptor” qırıcılarında kiber təhlükəsizliklə bağlı problemlərin olduğu ortaya çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, qırıcılarda yaranan sözügedən problem, təyyarənin döyüş qabiliyyətinin qiymətləndirilməsinə, sınaqdan keçirilməsinə və istifadəsinə mane olur.

Qeyd edək ki, “F-22 Raptor” 5-ci nəsil qırıcılar siyahısında yer alır. Bu təyyarələrin radarlar tərəfindən tutulması çətindir. Eyni zamanda, yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir.

Teqlər: