F-16 yeganə variantımız deyil – Akar

F-16 yeganə variantımız deyil – Akar

ABŞ-ın F-16 qırıcılarını satmaqdan mümkün imtinası Ankaranı alternativ variantları nəzərdən keçirməyə vadar edəcək. ABŞ F-16-ları Ankaranın yeganə variantı deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Biz gözləyirik ki, ABŞ-da sağlam düşüncə üstünlük təşkil edəcək və onlar problemin hərtərəfli qiymətləndirilməsi əsasında qərar verəcəklər. Türkiyə parlamentindən olan həmkarlarımız ABŞ Konqresinin nümayəndələri ilə danışıqlar aparır. Şüarımız “Güclü Türkiyə, güclü Ordu, güclü NATO”dur. Biz də deyirik ki, F-16 bizim yeganə variantımız deyil”, – Akar bildirib.

Teqlər: