Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün F-16 qırıcısının qəzaya uğraması ilə əlaqədar Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuku vəzifəsindən azad edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısınn rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, ötən gün F-16 qırıcısı qəzaya uğrayıb, nəticədə pilot ölüb.
İddialara görə, koordinasiyanın olmaması səbəbindən Ukraynanın havadan müdafiə sistemi F-16-nı məhv edib.