Rusiyanın F-16 təyyarələri Ukraynaya təhvil verilərsə, onları mütləq məhv edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov deyib.
“Biz uzun müddətdir ki, Ukrayna Silahlı Qüvvələrinin təyyarələrini yerdə məhv edirik, onların havaya qalxmasına mane oluruq. Onun Miq-29 və ya F-16 olmasının çox da fərqi yoxdur”, – Juravlyov bildirib.
Onun sözlərinə görə, təyyarələri ABŞ-da təlim keçmiş ukraynalılar, yoxsa Amerika hərbçiləri idarə edəcək, hələlik məlum deyil.