ABŞ istehsalı olan F-16 təyyarələrinin Ukraynaya tədarükü döyüş meydanında vəziyyəti kökündən dəyişmək iqtidarında deyil.
AzerTimes xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Bu təyyarələrdə çoxlu müasir avadanlıq var ki, bu da Ukrayna üçün çox vacibdir. Lakin burada döyüş meydanında və ya havada vəziyyəti tamamilə dəyişdirəcək bir sistem yoxdur”, – deyə baş katib bildirib.