Əzizə Mustafazadə Bakının bu kəndində dincəlir

Əzizə Mustafazadə Bakının bu kəndində dincəlir

Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin qızı, əməkdar artist Əzizə Mustafazadə Bakıya gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.

“Məşhur azərbaycanlı pianoçu ailəsi ilə birlikdə Bakının Pirşağı kəndində dincəlir və oktyabrın 30-da Bakı Konqres Mərkəzində keçiriləcək solo konsertinə hazırlaşır. Tədbirin təşkilatçıları “33 Event və Itiket production”dır. Pianoçu öz komandası ilə çıxış edəcək. Konsertdə yeni albom təqdim olunacaq, caz, muğam və vokal kompozisiyaları, həmçinin məşhur hitlər olan “Laçın”, “Qaçma gözəl”, “Take Five” və bir çox başqa mahnılar səsləndiriləcək”, – məlumatda bildirilir.

Qeyd edək ki, Mustafazadə sonuncu dəfə 2008-ci ildə Bakı səhnəsində çıxış edib. O, Bakıda musiqiçilər – pianoçu və bəstəkar Vaqif Mustafazadə və Elza Mustafazadə ailəsində anadan olub. 17 yaşında Vaşinqtonda Thelonious Monk Piano Müsabiqəsində qalib gəlib. 1991-ci ildə o, “Əzizə Mustafa Zadə” adlı debüt albomunu çıxarıb.

Xaricdə onu “Caz kraliçası” adlandırırlar. Pianoçu uzun illərdir ailəsi ilə Almaniyada yaşayır. Onun yolunu da yeganə oğlu Ramizxan davam etdirir.

Teqlər: