Əziz Məmiyevin təzyiqlərə məruz qalması absurddur – Elşad Hacıyev

Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları
tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı
iddialar etməsi tamamilə absurddur.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin
KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad
Hacıyev bildirib.

O qeyd edib ki, sosial şəbəkə seqmentlərində paylaşılan bu
iddiaların məqsədi humanitar viza partfelinə əlavə “həbs, cəza,
təqib” sənədlərinin toplanmasından irəli gəlir.

“Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi
mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır.

Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır.
Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib.
Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq
edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda
məntiq?

Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank
hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə
görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası
olmadı.

Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə
qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur,
həqiqəti əks etdirmir”,-E. Hacıyev qeyd edib.

Teqlər: