Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri Prezident İlham Əliyevə təqdim olunub.
AzerTimes xəbər verir ki, əsər Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun dekabrın 6-da Prezident İlham Əliyevin qəbulunda olan zaman təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib.
Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.