Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi dünya azərbaycanlıları üçün qürur mənbəyidir – Əməkdar elm xadimi

Şuşa. Trend:

Əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi
bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Bunu Trend-ə Azərbaycan diasporunun nümayəndəsi,
əməkdar elm xadimi Əmirullah Məmmədov Dünya Azərbaycanlılarının V
Qurultayı çərçivəsində deyib.

“Bu qələbə dünya azərbaycanlıları üçün böyük bayramdır”, – deyə
o bildirib.

Ə.Məmmədov qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazilərinin
20 faizdən çoxu işğal altında idi və Azərabycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Zəfəri
sayəsində torpaqların azad edilməsi digər ölkələrdə yaşayan
milyonlarla həmvətənimiz üçün qürur mənbəyidir.

O əlavə edib ki, Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının
keçirilməsi də böyük sevinc və bayramdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: